17:09 - 20.11.2025
20 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 25,2 min ABŞ dolları dəyərində 2,5 ton pekan qozu idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5 % çox, kəmiyyət olaraq – 8 % azdır.
Hesabat dövründə Çindən 12,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çox) 1,6 ton (+6,7 %), Amerika Birləşmiş Ştatlarından 6,4 min ABŞ dolları dəyərində 0,4 ton (1 il əvvəl tədarük olmayıb), Pakistandan 2,7 min ABŞ dolları dəyərində 0,1 ton, Almaniyadan 2,3 min ABŞ dolları dəyərində (+55 %) 0,2 ton (+90 %), Hindistandan 1,3 min ABŞ dolları dəyərində 0,2 ton məhsul alınıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistan və Hindistandan tədarük həyata keçirilib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026