17:36 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. Pakistan Petroleum Ltd. şelfdə geoloji kəşfiyyatı genişləndirmək məqsədilə Ərəb dənizində ölkənin ilk süni adasının tikintisinə başlayıb.
ABC.AZ xəbər verir ki, Sindh sahillərindən 300 km məsafədə 1,8 m hündürlükdə bir platforma qurulur ki, bu da fasiləsiz, sutkalıq qazma işlərinə imkan verəcək və avadanlığı qabarma-çəkilmələrdən qoruyacaq. İşlər fevralda tamamlanacaq və bundan sonra qazmaya başlanılacaq — təxminən 25 quyunun qazılması planlaşdırılır. Layihə Əbu-Dabidəki analoji təcrübədən irəli gəlir.
Sahədə aktivliyin artmasına ABŞ prezidenti Donald Trampın Pakistanın böyük neft potensialı ilə bağlı açıqlaması da təsir edib; PPL, Mari Energies və Prime International şirkətlərinə dəniz kəşfiyyatı üçün lisenziyalar verilib.