Neft ucuzlaşır, Brent bir barel üçün $63,78 təşkil edir

09:41 - 18.11.2025


18 noyabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.

Saat 09:15-ə olan məlumata görə ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri $0,42 (0,65%), bir barel üçün $63,78-a düşüb. Noyabrın 17-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,19 (0,30%) azalaraq bir barel üçün $64,20-a enib.

Saat 09:15-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $0,40 (0,67%) azalaraq bir barel üçün $59,51-a düşüb. Noyabrın 17-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $0,18 (0,30%) ucuzlaşaraq bir barel üçün $59,91-a düşüb.