10:25 - 17.11.2025
17 noyabr, Fineko/abc.az. 2025-ci ilin ilk üç rübündə Azərbaycan Çindən avtomobil idxalını kəskin artırıb. 2024-cü ilin analoji dövründə 11 214 ədəd olan idxal 2025-ci ildə 38 713 ədədə yüksəlib.
ABC.AZ xəbər verir ki, bu, 3,4 dəfə artım deməkdir. Bununlada ümumi idxalda Çinin payı 18 faizdən 50 faizə yüksəlib.
İlin müvafiq dövründə ölkəyə cəmi 78 205 ədəd minik avtomobili gətirilib (2024: 59 479 ədəd). Bu indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. Dəyər ifadəsində isə artım daha da yüksəkdir. İdxalın ümumi məbləği 284,45 milyon dollardan 702,19 milyon dollara qalxıb, yəni 146,8% artım baş verib.
Azərbaycan avtomobil bazarında son iki ildə Çin istehsalı modellərin sürətli yayılması Almaniya, Yaponiya və Koreya avtomobillərinə olan marağı azaldıb və bir çox modellərdə qiymətlər 15–20% enib.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026