Zara-nın yaradıcısı İspaniyanın ən varlı insanı olub

17:20 - 4.11.2025


4 noyabr, Fineko/abc.az. Zara və Bershka markalarına sahib olan Inditex geyim mağazalar şəbəkəsinin qurucusu Amansio Orteqa, İspaniyanın ən varlı adamları siyahısında birinci olub.

ABC.AZ xəbər verir ki, bunu Forbes jurnalı tərəfindən nəşr olunan Krallığın ən varlı 100 subyektinin reytinqi sübut edir.

Onun məlumatına görə, şirkətin 89 yaşlı majoritar səhmdarının sərvəti 2024-cü illə müqayisədə 10,3 milyard avro azalsa da, 109,9 milyard avro həcmində qiymətləndirilir. İkinci yeri Inditex-in qurucusunun qızı — Sandra Orteqa (10 milyard avro) tutur. Onun ardınca nəqliyyat və mobil infrastruktur sektorunda fəaliyyət göstərən Ferrovial şirkətinin sədri Rafael del Pino Calvo-Sotelo (8 milyard avro) gəlir.