15:17 - 31.10.2025
31 oktyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 13,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
ABC.AZ “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,6 milyon ABŞ dolları ilə Lüksemburq, 717,6 min ABŞ dolları ilə İsveç, 635,8 min ABŞ dolları ilə Nigeriya, 614,3 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026