11:09 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. “Hyundai Motor”, “BMW Korea”, “Kia Corp.” və “Stellantis Korea” ümumilikdə 260 184 avtomobili könüllü şəkildə geri çağırır.
ABC.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Ümumilikdə 57 model müxtəlif komponent nasazlıqlarının aradan qaldırılması üçün geri çağırılır.
Avtomobillərin geri çağırılmasına bir neçə texniki qüsurla bağlı təhlükələr səbəb olub. Onların arasında “Hyundai Motor”un elektrik modeli “Porter II”də batareya idarəetmə sistemindəki nasazlıq nəticəsində yanğın riski, “BMW 520d” sedanında nasaz starter səbəbindən elektrik enerjisinin kəsilməsi və ya yanğın ehtimalı, eləcə də “Stellantis Korea” tərəfindən idxal edilən “Jeep Grand Cherokee” modelində mühərrik detalındakı nasazlıq yer alır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026