Tramp və Si Cinpin görüşündən sonra mis ucuzlaşır

11:00 - 30.10.2025


30 oktyabr, Fineko/abc.az. Misin dəyəri cümə axşamı səhər ABŞ prezidenti Donald Tramp və ÇXR Sədri Si Cinpinin Cənubi Koreyadakı danışıqlarından sonra təxminən 2% azalır.

ABC.AZ xəbər verir ki, bu barədə ticarət məlumatlarında deyilir.

Misin dekabr fyuçersləri Comex birjasında 1,77% ucuzlaşaraq funtu 5,17 dollara, LME-də isə çərşənbə günü misin bir tonu 11,183 dollara yüksəlib.

İnvestorlar ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında cümə axşamı baş tutan görüşü qiymətləndirirlər. ABŞ Prezidenti görüşdə bir çox mühüm qərarların əldə edildiyini, həmçinin Çinə qarşı rüsumların 57%-dən 47%-ə endirildiyini, fentanil ilə bağlı vəziyyətə görə tətbiq olunan rüsumun 20%-dən 10%-ə endirildiyini bildirib.