11:28 - 29.10.2025
29 oktyabr, Fineko/abc.az. Dövlət Çin şirkəti COFCO, bu həftə ABŞ-dan üç partiya soya paxlası satın alıb.
ABC.AZ xəbər verir ki, bu barədə Reuters iki ticarət mənbəyinə istinadən yazır. Bu, Donald Tramp və Si Cinpinin bu həftə keçiriləcək sammiti ərəfəsində ölkənin bu ilki Amerika məhsulundan ilk alışlarıdır.
Mənbələrə görə, COFCO dekabr və yanvar aylarında Sakit Okeanın şimal-qərbindəki liman terminalları vasitəsilə tədarük üçün təxminən 180 min ton soya paxlası alıb.
Çikaqo birjasında soyanın fyuçers qiymətləri bu həftə 15 ayın ən yüksək səviyyəsinə yüksəldi və ABŞ-Çin ticarət müqaviləsi ümidləri fonunda son beş illik minimumlardan geri döndü.
Dünyanın ən iri soya idxalçısı olan Çin, Vaşinqtonla ticarət qarşıdurması fonunda ABŞ-ın payız məhsulu soya paxlasından imtina edərək, tələbi Cənubi Amerika tədarükçülərinə yönəltdi. Bu, artıq Amerika fermerlərinə milyardlarla dollara başa gəldi.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026