10:27 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. İlon Mask "Vikipediya" ensiklopediyasının analoqunu — "Grokipedia"nı işə salıb. Yeni kitabxanada işə salınan vaxt təxminən 900 min məqalə var idi, “Vikipediya”da isə 8 milyondan çox.
ABC.AZ xəbər verir ki, hazırda "Grokipedia" 0.1 versiyasında işləyir. Əsas səhifədə yalnız axtarış sətri göstərilir və istifadəçidən sorğusunu daxil etməsi istənilir.
Mask, saytının "Vikipediya"ya "daha az qərəzli alternativ" olduğunu iddia edir. "Grokipedia" İlon Maskın öz ChatBotu olan Grok AI-yə əsaslanır.