16:19 - 22.10.2025
22 oktyabr, Fineko/abc.az. Britaniyanın avtomobil şirkəti Jaguar Land Rover, istehsalın bir aydan çox müddətə dayandırılmasına səbəb olan kiberhücum nəticəsində 1,9 milyard funt sterlinq həcmində zərərə məruz qalıb.
ABC.AZ xəbər verir ki, bu barədə, kibermonitorinq Mərkəzinin təhlilinin nəticələrində deyilir.
Xüsusilə, buraya şirkətin satışların azalması və İT infrastrukturunun bərpası xərcləri daxildir. Eyni zamanda, istehsalın bərpasında gözlənilməz gecikmələr olduqda zərərin miqdarı artırıla bilər.
"Bu hadisə İngiltərə tarixində iqtisadi cəhətdən ən dağıdıcı kiber insident oldu", — deyə məlumatda qeyd olunur.
Jaguar Land Rover şirkətinə kiberhücum sentyabrın əvvəlində baş verib. Ölkə hakimiyyəti bu hadisənin bütün avtomobil sənayesindəki tədarük zəncirlərinə əhəmiyyətli təsir göstərdiyini qeyd etmişdi.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026