10:12 - 22.10.2025
22 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
ABC.AZ AMB-yə istinadla xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6 %, yuxarı həddi isə 8 % səviyyəsində saxlanılıb.
"Qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat dekabrın 10-da ictimaiyyətə açıqlanacaq.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026