14:35 - 21.10.2025
21 oktyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin dekarbonizasiyası proqramı çərçivəsində iki tender elan edib.
ABC.AZ ADB-yə istinadən xəbər verir ki, layihələr üzrə konsaltinq xidmətləri üçün ümumi büdcə 125 min ABŞ dolları təşkil edir.
Bankın məlumatına görə, ADY karbon emissiyalarının azaldılması üçün kompleks tədbirlər həyata keçirir. Buraya dəmir yollarının elektrikləşdirilməsi, günəş panellərinin (fotovoltaik və istilik) quraşdırılması, tullantıların idarə edilməsi sisteminin tətbiqi və proseslərin rəqəmsallaşdırılması və s. daxildir.
Bundan əlavə, ADY fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə bərpa olunan enerji mənbələrindən (BOEM) istifadə və enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi üzərində çalışır.
Bu məqsədlə ADB enerji səmərəliliyi potensialının qiymətləndirilməsi və praktiki tövsiyələrin hazırlanması üçün enerji səmərəliliyi üzrə mütəxəssisin cəlb edilməsi üzrə ikinci tenderi elan edib.
"Bu tapşırığın məqsədi ADY-nin enerji istehlakı və istismar təcrübələrinin hərtərəfli qiymətləndirilməsi; dəmir yolu əməliyyatlarında, infrastrukturda və hərəkət tərkibində enerji səmərəliliyinin artırılması imkanlarının müəyyən edilməsi; habelə konkret mərhələləri göstərməklə prioritet və iqtisadi cəhətdən əsaslandırılmış tövsiyələrin və onların reallaşdırılması üçün yol xəritəsinin hazırlanmasından ibarətdir", - ADB-nin məlumatında deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026