Azərbaycanın geotermal istilik potensialı bu qədərdir

14:40 - 20.10.2025


20 oktyabr, Fineko/abc.az. Azərbaycanın geotermal istilik potensialı 571,2 MVt, elektrik enerjisi potensialı isə 57,1 MVt qiymətləndirilir.

ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Onun sözlərinə görə, perspektivli bölgələr arasında Böyük Qafqaz, Şamaxı-Qobustan, Kəlbəcər-Laçın, Masallı-Astara və Naxçıvan yer alır. Pilot layihələr çərçivəsində istismarı başa çatmış neft və qaz quyularından istifadə edilərək enerji istehsalı nəzərdə tutulur:

"Bibiheybətdə bu quyular vasitəsilə istilik enerjisi, Kürdəmirdə isə elektrik enerjisi əldə ediləcək. Masallıda isə hibrid texnoloji həllərlə istixanalar qızdırılacaq. Tədqiqatlar göstərir ki, geotermal enerji bioenerji ilə birləşdirildikdə daha dayanıqlı və aşağı karbonlu enerji sistemlərinin yaradılmasına imkan verir".