Azad edilmiş ərazilərdə 3 yeni kiçik su elektrik stansiyası tikiləcək

10:13 - 20.10.2025


20 oktyabr, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşəcək Qoşasu, Seyidlər və Bülövlü kiçik su elektrik stansiyalarının (KSES) tikintisi işləri ilə bağlı satınalma yekunlaşıb.

ABC.AZ "Azərenerji" ASC-yə istinadən xəbər verir ki, tikinti işlərini "Farcon" QSC həyata keçirəcək. Şirkətə 53,809 milyon manat ödəniləcək.