14:23 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,7 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,8 % artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin sentyabr ayında istehlak qiymətləri 2024-cü ilin sentyabr ayına nisbətən 5,7 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,9 %, qeyri-qida məhsulları üzrə 2,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,3 % artıb.
Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 1,1 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,8 % artıb.
Sentyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurtanın, xamanın, kəsmiyin, kərə yağının, armudun, şaftalının, qozun, fındığın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, qara və yaşıl çayın, azalma isə limonun, bananın, almanın, üzümün, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Müəllif: Elmir Murad
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026