12:18 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. ABŞ Prezident Administrasiyası Çinin bir sıra mallara tətbiq etdiyi ixrac nəzarətinin nəticələrinin öhdəsindən gələ biləcək.
ABC.AZ xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da bildirib.
"(ABŞ maliyyə naziri) Skott (Bessent) və (ABŞ ticarət naziri) Hovard (Lutnik) bununla məşğul olacaqlar. Əminəm ki, öhdəsindən gələcəyik", —deyə Tramp bildirib.
Tramp həmçinin qeyd edib ki, ABŞ Çindən onsuz da çox mal alır və onları azaltmaq lazımdır.
Xatırladaq ki, bundan əvvəl ÇXR Ticarət Nazirliyi noyabrın 8-dən Çinin orta və ağır nadir torpaq elementləri ilə əlaqəli bir sıra mallara İxrac nəzarəti tətbiq etdiyini bildirmişdi. Bu, lityum batareyalar və süni qrafit anod materialları, nadir torpaq metallarının hasilatı və emalı üçün avadanlıqlar, xammal və yüksək möhkəmlikli materiallara da aiddir.