12:29 - 8.10.2025
8 oktyabr, Fineko/abc.az. AYNA ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır.
ABC.AZ xəbər verir ki, belə tətbiqlərdən biri də hazırda test mərhələsində olan MaaS (Mobility as a Service) tətbiqidir. Mobil tətbiqi vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real vaxt rejimində izləyə biləcəklər.
Agentlikdən bildirilib ki, AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real vaxtda izləyə biləcəklər.
“Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək”, – qurumdan verilən açıqlamada qeyd olunub.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026