Almaniya elektrikli avtomobil vergisindən azad edilməsini 2035-ci ilə qədər uzadacaq

15:34 - 6.10.2025


6 oktyabr, Fineko/abc.az. Almaniya hökuməti elektromobillərə görə avtomobil vergisindən azadolmanı 2035-ci ilə qədər uzatmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə maliyyə naziri Lars Klinqbayl məlumat verib.

Mövcud qaydalara əsasən, yeni qeydiyyatdan keçmiş akkumulyatorlu elektrikli avtomobillər üçün vergi azadlığının müddəti 1 yanvar 2026-cı ildə başa çatır.

Qanun layihəsi elektrikli avtomobillər üçün vergi güzəştlərini beş il — 2035-ci ilin sonuna qədər uzadaraq, onların alınmasını və sahibliyini stimullaşdırır. Güzəşt ilk dəfə 31 dekabr 2030-cu il tarixinədək qeydə alınan maşınlara şamil edilir.

Dəyişikliklər nəqliyyat vergisi Qanununda düzəlişlər tələb edəcək və büdcəyə yüz milyonlarla avro itirilmiş gəlirə başa gələcək.

Satışların azalması və Çin ilə rəqabət fonunda Almaniya, fransız modelinə analoji elektrikli nəqliyyat vasitələrinin mümkün "sosial lizinqi" də daxil olmaqla ekoloji mobilliyə keçidi dəstəkləmək üçün tədbirlər hazırlayır.