10:59 - 2.10.2025
2 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 26,47 % təşkil edib.
ABC-ın məlumatına görə, bu barədə "Statcounter" agentliyinin son hesabatında qeyd edilib. Bu, avqust ayına nisbətən 0,07 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 1,71 faiz bəndi azdır.
Növbəti sıradakı adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 1,16 faiz bəndi azalaraq, illik müqayisədə 1,35 faiz bəndi artaraq 22,93 % olub.
Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 1,51 faiz bəndi və illik müqayisədə 2,15 faiz bəndi artaraq 20,03 % olub.
Dördüncü pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq müqayisədə 0,27 faiz bəndi, illik müqayisədə isə 3,34 faiz bəndi azalaraq 19,44 % təşkil edib.
İlk beşliyi 3,92 %-lik bazar payı ilə "Honor" qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,42 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,01 faiz bəndi azalıb. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (ümumi azalma 52,2 % təşkil edir).
3 Avqust 2026
1 Avqust 2026