15:43 - 1.10.2025
1 oktyabr, Fineko/abc.az. Uorren Baffetin “Berkshire Hathaway” holdinqi dünyanın ən böyük kimyəvi istehsalçılarından biri olan Occidental Petroleum — “OxyChem”in neft-kimya bölməsini almağa hazırlaşır.
ABC.AZ xəbər verir ki, sövdələşmənin dəyəri təxminən 10 milyard dollar olacaq.
Bu, 2022-ci ildə Alleghany sığorta qrupunu 11,6 milyard dollara aldığı vaxtdan bəri “Berkshire Hathaway”ın ən iri alışı olacaq.
Danışıqlar son mərhələdədir və bir neçə gün ərzində bitə bilər.
“OxyChem” satışı “Occidental”ın 2019-cu ildə Anadarko neft-qaz şirkətlərini ($55 mlrd) və 2023-cü ildə CrownRock-u ($12 mlrd) alması nəticəsində topladığı böyük borcu azaltmaq strategiyasının bir hissəsidir.
Occidental-ın ən böyük səhmdarı olan Baffett şirkətin 26,9%-nə sahibdir. Məhz o, 2019-cu ildə Anadarko ilə bağlı sövdələşməni maliyyələşdirməyə kömək edərək 10 mlrd dollar sərmayə yatırmışdı.
30 İyul 2026
28 İyul 2026