14:56 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 798,213 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankın məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 510,739 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 23,2 % çoxdur.
Beləliklə, 8 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 64 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 59,8 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub. © Report
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026