Süni intellekt artıq sadəcə bir alət deyil - Rəşad Nəbiyev

10:47 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az. Azərbaycanda son illərdə internetin sürəti 6 dəfə artıb.

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev  Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

Nazir qeyd edib ki, süni intellekt artıq sadəcə bir alət deyil, o, insanların həyatını, yaşayış tərzini və iş üslubunu yenidən formalaşdırır.

Onun sözlərinə görə, rəqəmsal sahə və innovasiyaya ilə bağlı nəticələr tədricən ortaya çıxır.

"Onlar bütöv bir ekosistem tələb edir və əksər hallarda bu ekosistem bir nazirdən və ya möcüzə ilə ekosistemi dəyişə bilən bir insandan asılı deyil. Bu, məlumatlar, bacarıqlar, institutlar və eyni zamanda kapitalın mövcudluğu ilə bağlı məsələdir", - deyə R.Nəbiyev vurğulayıb.

Müəllif: Elmir Murad