15:15 - 26.09.2025
26 sentyabr, Fineko/abc.az. Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gəncə–Mingəçevir–Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək.
"Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq", - deyə B.Hacıyev qeyd edib. © Report
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026