15:01 - 26.09.2025
26 sentyabr, Fineko/abc.az. Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ADY sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır: "Söhbət Gəncə–Mingəçevir–Ağstafa marşrutundan gedir. Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – sentyabrın 28-dən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək". © Report