Qatarlarda üz tanıma ilə də ödəniş etmək mümkün olacaq

14:19 - 26.09.2025


26 sentyabr, Fineko/abc.az. Abşeron dairəvi dəmiryolu marşrutu üzrə yerləşən stansiyalardakı turniketlərdən SİMA-Pay üz tanıma vasitəsilə ödəniş edərək keçid prosesi sınaq mərhələsindədir.

ABC.AZ xəbər verir ki, bu barədə ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, proses yekunlaşdıqdan sonra vətəndaşlar tuniketlərdən SİMA-Pay üz tanıma vasitə ilə ödənişlərini edib keçə biləcəklər:

“Məqsəd pik saatlarda 1-2 saniyə ərzində vətəndaşların turniketlərdən keçidini təmin etməkdir”.