14:00 - 25.09.2025
25 sentyabr, Fineko/abc.az. "Bakı Metropolteni" QSC-nin daha bir yerüstü stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur.
ABC.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, yeni stansiya metronun "Dərnəgül" elektrik deposunun ərazisində inşa ediləcək və "Yaşıl xətt"ə aid olacaq:
"Stansiya xüsusi qrafiklə işləyəcək. Onun şərti adı "Dərnəgül deposu"dur və 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək".
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026