14:16 - 24.09.2025
24 sentyabr, Fineko/abc.az. Huawei ən ucuz avtomobilini təqdim etdi və o dərhal hitə çevrildi. Sadəcə bir saat ərzində Saic H5 üçün 10 000-dən çox sifariş toplandı.
ABC.AZ xəbər verir ki, Çində, Huawei və Shanghai Automotive Industry Corporation tərəfindən birgə hazırlanmış yeni orta ölçülü Saic H5 krossoveri ilk satış saatında 10.000 sifariş topladı. Tədarüklər sentyabr ayında başlayacaq.
Avtomobilin ilkin qiyməti 159.800 yuan (22.500 dollar) təşkil edir — bu, ən ucuz Huawei avtomobilidir. Müqayisə üçün: Huawei-in oxşar modeli Aito M7 isə daha yüksək başlanğıc qiyməti olan 279 800 yuan ($38 900) ilə bir saat ərzində 30 000 ödənişli sifariş toplayıb.