14:16 - 19.09.2025
19 sentyabr, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmanın uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində yeni "Airbus A320neo" tipli sərnişin təyyarəsini hava gəmiləri parkına əlavə edib.
ABC.AZ xəbər verir ki, QSC-nin mətbuat xidmətindən bildirilib ki, yeni təyyarə sərnişinlərin rahatlığını ən yüksək səviyyədə təmin etməklə yanaşı, aviaşirkətin əməliyyat səmərəliliyini artıracaq və ətraf mühitə təsirini azaldacaq.
Yeni "Airbus A320neo" təyyarəsi sərnişinlərin rahatlığını təmin edən müasir interyer və geniş imkanlarla təchiz olunub. Təyyarə göyərtəsində xoş və komfortlu mühit yaradılaraq həm biznes, həm də ekonom sinif sərnişinləri üçün rahat səyahət şəraiti təqdim olunur. Uçuş zamanı sərnişinlər müxtəlif əyləncə imkanlarından istifadə edə, vaxtlarını daha səmərəli keçirə bilərlər.
Yeni təyyarənin əsas üstünlüklərindən biri sürətli internet xidmətidir. Biznes sinifi sərnişinləri və "AZAL Miles" proqramının müəyyən statuslu üzvləri "Wi-Fi" xidmətindən pulsuz yararlana biləcəklər. © Report
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026