14:29 - 18.09.2025
18 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (83,95 MB/S) görə iyul ayına nisbətən 5 pillə irəliləyərək 154 ölkə arasında 76-cı olub.
ABC.AZ "Speedtest Global Index"ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (45,47 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 85 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (394,3 MB/S), axırıncı yeri isə Suriya (3,35 MB/S) tutub.
Azərbaycan avqustda mobil internetin sürətinə görə isə iyul ayına nisbətən 5 pillə irəliləyərək 76,61 MB/S sürətlə 103 ölkə arasında 51-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (614,42 MB/S), sonuncu yeri isə Boliviya (14,69 MB/S) tutub.
30 İyul 2026
29 İyul 2026