Hibrid avtomobillərin idxalına tətbiq edilən güzəştlərin vaxtı bitir

15:15 - 17.09.2025


17 sentyabr, Fineko/abc.az. Azərbaycanda elektrik və hibrid avtomobillərin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir.

ABC.AZ xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Müvafiq qurumlarla müzakirə edib, məqsədə uyğun olarsa həmin güzəştlərin müddətinin uzadılmasını təklif edirəm", - deyə o qeyd edib.

Deputat həmçinin sadələşdirilmiş vergi limitlərin artırılması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsini təklif edib. (© Report)