14:05 - 17.09.2025
17 sentyabr, Fineko/abc.az. Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC hazırda 14 gəminin tikintisinə dair müqavilələr imzalayıb.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdir müavini Elxan Şiriyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, "Bakı Gəmiqayırma Zavodu"nun ümumi investisiya həcmi 498 milyon ABŞ dolları təşkil edir: "Zavodda bugünədək 12 gəmi tikintisi həyata keçirilib. Bu gəmilərin ümumi sifariş dəyəri 628 milyon ABŞ dolları olub. Bundan başqa, istər Azərbaycana məxsus, istərsə də Xəzər dənizi hövzəsindəki ölkələrə məxsus 200-dən çox gəmi təmir edilib". (© Report)
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026