"Formula 1" yarışları zaman Azərbaycana gələn turistlərin dövriyyəsi 85 % artıb

12:20 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. 2024-cü ildə "Formula 1" yarışları zamanı Azərbaycana gələn turistlərin həyata keçirdiyi dövriyyə 2023-cü illə müqayisədə 85 % artıb.

ABC.AZ xəbər verir ki, bunu "Mastercard"ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov jurnalistlərlə keçirilmiş görüşdə bildirib.

O qeyd edib ki, artımda turistlərin alış-verişləri böyük rol oynayıb:

"Belə ki, gələn turist sayı 87 %, onların həyata keçirdiyi dövriyyə 85 %, əməliyyat sayı isə 77 % artıb. Əlbəttə bu, iqtisadi bir fürsətdir. Bu cür idman tədbirləri sadəcə tədbir deyil, ölkə üçün böyük iqtisadi fürsətdir və rəqəmsallaşma imkanı yaradır".

Müəllif: Elmir Murad