14:49 - 12.09.2025
12 sentyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-avqust aylarında qida yağlarının istehsalında illik müqayisədə fərqli istiqamətdə yüksəlib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, duru bitki yağlarının istehsalı 25 643,4 ton təşkil edərək illik 2 faiz azalıb.
Marqarin istehsalı 31 653,5 tonla 3,3 faiz artıb.
Qaymaq və xamanın istehsalı 6 723,7 ton olub və az miqdarda, 0,4 faiz artım qeydə alınıb.
Kərə yağının istehsalı isə 17 886,4 ton təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalıb.
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026