11:11 - 9.09.2025
9 sentyabr, Fineko/abc.az. "Azintelekom" vətəndaşların üztanımadan istifadə edərək metroda ödənişi etməsi üçün "Bakımetropoliten"lə danışıqlar aparır.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərlə keçirilmiş görüşdə "Azintelekom"un Kommersiya Departamentinin direktoru Fərrux Fərəcullayev bildirib.
Avtobuslarda üztanımadan istifadənin çətin olduğunu deyən Departament direktoru hesab edir ki, bunun üçün müəyyən sınaqlar həyata keçirilib, daha sonra qərar verilməlidir:
"Çünki yerüstü nəqliyyatda işıqforların olması müəyyən gecikmələr və çətinliklərə səbəb olur. Ona görə də avtobuslarda üztanıma biraz yubana bilər. Onu da qeyd edim ki, bu tip ödəniş növü Azərbaycan üçün yenilikdi, bu əsasən Asiya ölkələrində populyardır. Üztanımadna istifadə edərək avtobuslarda ödəniş edilməsi ilə yanaşı, eyni zamanda kartlardan da istifadə olunacaq".
Müəllif: Elmir Murad