17:17 - 8.09.2025
8 sentyabr, Fineko/abc.az. İran 20 mart 2026-cı il tarixinədək (İranda yeni il qeyd olunan tarix) üç peykini buraxacaq.
ABC.AZ xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, söhbət İslam Respublikasının peyk texnologiyaları sahəsində imkanlarını genişləndirmək məqsədi daşıyan Kowsar, Zafar və Paya peyklərindən gedir.
Qeyd olunur ki, Kowsar peyki qabaqcıl vizual sistemlərlə təchiz olunub və məlumatları yüksək dəqiqlikdə ötürməyə qadirdir. Kənd təsərrüfatı, ətraf mühitin monitorinqi və şəhərsalma sahələrində istifadə edilməsi planlaşdırılır.
30 İyul 2026