09:57 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.
Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:28-ə olan məlumata görə $0,17 (0,25%) azalaraq bir barelə $68,97-a düşüb. Sentyabrın 2 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,99 (1,45%) artaraq bir barelə $69,14-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçersləri saat 09:28-ə olan məlumata görə $0,13 (0,20%), bir barel üçün $65,46-a düşüb. Sentyabrın 2 – də keçirilən ticarətin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $0,90 (1,39%) bahalaşaraq bir barel üçün $65,59-a yüksəlib.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026