Qazaxıstan və Çin strateji tərəfdaşlığı genişləndirmək üçün 15 milyard dollarlıq saziş imzalayıblar

12:15 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. Qazaxıstan və Çin 70 milyard dollardan çox məbləğdə 15-dən çox saziş və müqavilə bağlayıblar.

ABC.AZ xəbər verir ki, imzalanma Qazaxıstan-ÇXR İşgüzar Şurasının iclası çərçivəsində baş tutub. Çıxış edən Qazaxıstan Prezidenti Tokayev qeyd edib ki, Çin artıq ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyub. Ölkədə Çin kapitalı olan 6.000-dən çox şirkət fəaliyyət göstərir. Sazişlər enerji, rəqəmsallaşma, tikinti, metallurgiya, telekommunikasiya, nəqliyyat və logistika kimi sahələri əhatə edir.

Bundan əlavə, Tokayev qeyd edib: "Çin Qazaxıstanın etibarlı qonşusu, yaxın dostu və əbədi strateji tərəfdaşıdır".

"Ötən ilin yekunlarına görə, qarşılıqlı ticarət dövriyyəsi 44 milyard dollara çatıb. Bu, rekord göstəricidir, lakin biz bununla kifayətlənməyi planlaşdırmırıq. Məqsədimiz Çinli dostlarımızla birlikdə yaxın 5 ildə bu göstəricini əhəmiyyətli dərəcədə artırmaqdır. Biz bunun üçün lazımi potensiala malikik. Dövlət başçıları səviyyəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün siyasi iradə və qarşılıqlı istək var", - deyə o əlavə edib.