12:27 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 noyabr 2025-ci il tarixində saat 10:00-da hərrac keçiriləcək.
ABC.AZ xəbər verir ki, hərraca müxtəlif dövlət qurumlarının balansında olan ümumilikdə 28 ədəd avtomobil çıxarılacaq. Hərraca çıxarılan avtomobillər Müdafiə Nazirliyi, Hesablama Palatası, Nazirlər Kabinetinin İşlər Müdiri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi balansında olan avtomobillərdir.
Avtomobillərin buraxılış illəri 1972-ci ildən 2014-cü ilə qədər dəyişir. Hərracda start qiymətləri 500 manatdan 20 000 manatadək dəyişir, beh məbləği isə hər bir avtomobil üzrə start qiymətinin 10%-i hesablanaraq Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir.
30 İyul 2026
29 İyul 2026