WhatsApp yeni funksiya əlavə edib — mesajların üslubunu dəyişdirmək mümkün olacaq

12:01 - 28.08.2025


28 avqust, Fineko/abc.az. WhatsApp istifadəçilərə tam məxfiliyi qoruyaraq mesajlarını təkmilləşdirməyə kömək edən yeni Writing Help funksiyasını təqdim edib.

ABC.AZ xəbər verir ki, Private Processing texnologiyasına əsaslanan vasitə, mətni müxtəlif üslublarda — peşəkar, yumoristik və ya dəstəkləyici şəkildə dəyişdirmək üçün seçimlər təklif edir. Aktivləşdirmək üçün çatda mesaj yazmağa başlamaq və qələm işarəsinin üzərinə tıklamaq kifayətdir.

Funksiya məxfiliyə zəmanət verir: Nə WhatsApp, nə də Meta, Private Processing texnologiyası sayəsində mesajların məzmununa və ya təklif olunan yazışma seçimlərinə daxil ola bilməz. İstifadəçilər təklif olunan mətnləri redaktə edə bilərlər.