CNOOC şirkətinin gəlirləri qaz hasilatının artmasına baxmayaraq 8,5% azalıb

10:33 - 28.08.2025


28 avqust, Fineko/abc.az. Çinin CNOOC neft-qaz şirkətinin gəliri ilin 1 yarısında 8,5% azalaraq 207,61 milyard yuan (28,8 milyard dollar) təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir. Eyni zamanda, hesabat dövründə neft və qaz satışından əldə olunan gəlir illik 7,2% azalaraq 171,745 milyard yuan təşkil edib.

Şirkətin səhmdarların xalis mənfəəti də azalma göstərib. Beləliklə, göstərici illik 12,8% azalaraq 69,533 milyard yuan təşkil edib.

Bu arada qaz hasilatı 12%, xalis hasilat isə illik müqayisədə 6,1% artıb.

Şanxay ticarətində CNOOC səhmləri bu gün 2.04% geri çəkilib, şirkətin bazar kapitallaşması isə ilin əvvəlindən bəri 13.7% azalıb.