15:01 - 27.08.2025
27 avqust, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024-cü ili 3,74 milyon manat zərərlə başa vurub. Halbuki, Agentlik 2023-cü ildən 864 min manat xalis zərərlə çıxmışdı.
ABC.AZ xəbər verir ki, ötən il İKTA-nın gəlirləri olmayıb (əvvəlki ilə nisbətən 100 % azalıb), inzibati xərcləri 3,654 milyon manat (2 dəfə çox), maliyyə xərcləri 12 min manat (2 dəfə çox), digər xərcləri 14 min manat (2,4 dəfə çox), amortizasiya xərcləri isə 60 min manat (26,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə İKTA-nın aktivləri 281 min manat olub ki, bu da illik müqayisədə 40,5 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 20,7 dəfə artaraq 1,389 milyon manata çatıb, 132 min manatlıq balans kapitalı isə 1,108 milyon manatlıq kapital çatışmazlığı ilə üzləşib. (Report)
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026