17:29 - 25.08.2025
25 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında Azərbaycanda neft kəmərlərində 2,3 min ton itki olub, bu da illik müqayisədə 4,5% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 2,2 min ton təşkil edib.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 18 513 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,8% azdır. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 13 924,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,8% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 4,5 min ton itki olub, bu da illik müqayisədə 18,4% çoxdur.
Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır. (C) APA
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026