Yeddi ayda qeyri-neft ixracı 11 faiz artıb

15:10 - 18.08.2025


18 avqust, Fineko/abc.az. Cari  ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard dolları ötüb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan ABC.AZ-a bildirilib ki, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın qeyri-neft ixracı 2 milyard 087,9 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Cari ilin təkcə iyul ayında qeyri-neft məhsullarının ixracının dəyəri 333,9 milyon dollar olub. Bu göstərici illik ifadədə 20 faiz artıb.