11:41 - 18.08.2025
18 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5 395 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10% artıb.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Hesabata əsasən,hesabat dövründə daşınmış yüklərin 48,2%-ni neft yükləri təşkil edib.
Qeyd olunur ki, dəniz limanları tərəfindən 7 906,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 6 399 min tonunu və ya 80,9 faizini tranzit yüklər təşkil edib. 2025-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 338,6 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,7% azalaraq 14,8 min nəfər olub.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026