11:22 - 1.08.2025
1 avqust, Fineko/abc.az. Pakistan tarixdə ilk dəfə olaraq ABŞ-dan neft partiyasını alıb. “Cnergyico” şirkəti oktyabr ayında West Texas Intermediate (WTI) markalı 1 milyon barel Amerika nefti idxal edəcək.
“Cnergyico”nun vitse-prezidenti Usama Qureşi, alışın beynəlxalq əmtəə satıcısı Vitol-dan edildiyini deyib.
“Bu, bizim uzunmüddətli saziş çərçivəsində test partiyasıdır. Ticari cəhətdən sərfəli və əlverişli olduğu halda, ayda ən azı bir partiyanı idxal edə bilərik”, — deyə o bildirib.
ABŞ prezidenti Donald Trampın Pakistan ixracına böyük rüsumlar tətbiq edilməsi barədə xəbərdarlıq etməsindən bir neçə ay sonra neft alqı-satqısı ilə bağlı razılaşma baş tutub.
Reuters yazır ki, bu, İslamabadı Vaşinqtondan başqa digər ölkələrlə enerji və ticarət əlaqələrini şaxələndirməyə sövq edib.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026