11:18 - 31.07.2025
31 iyul, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayını təqdim edib.
ABC.AZ xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 19,1% artaraq 564.7 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-iyun ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:
“MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti, “P-AQRO” MMC,”Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Sahdag SY” Məhdud Məsuliyyətli Cəmiyyəti,”UYTROP” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Green Tech” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026