10:41 - 28.07.2025
28 iyul, Fineko/abc.az. Ukraynanın "Naftoqaz" dövlət şirkəti Trans-Balkan boru kəməri marşrutu ilə Azərbaycan qazının sınaq tədarükünə başladığını elan edib.
ABC.AZ xəbər verir ki, söhbət Bolqarıstan-Rumıniya-Ukrayna interkonnektorlar şəbəkəsindən gedir. Azərbaycan qazı Bolqarıstana Cənub Qaz dəhlizindən, daha sonra İGB interkonnektoru vasitəsilə İtaliyadan Yunanıstana, daha sonra isə Bolqarıstana daxil olur.
"Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Bu həm də tədarük mənbələrinin şaxələndirilməsinin və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin başqa bir nümunəsidir", — deyə Naftogaz-ın baş direktoru Sergey Koretski şərh edib.
“Göstərdikləri etimada görə Azərbaycandan olan həmkarlarımıza təşəkkür edirik”, – o əlavə edib.
Azərbaycan tərəfi hələlik Ukrayna şirkətinin bəyanatına münasibət bildirməyib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026