Azərbaycanda sığorta bazarı böyüyüb

14:26 - 24.07.2025


24 iyul, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyun ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 817 milyon 48 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 13% çoxalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 21.4% çoxalaraq 432 milyon 198 min manat təşkil edib.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 725 milyon 162 min manat, sığorta ödənişlərinin həcmi isə 356 milyon 84 min manat olub.