10:54 - 24.07.2025
24 iyul, Fineko/abc.az. “Tesla” səhmləri rüblük hesabatdan sonra 18% ucuzlaşıb. Belə ki, 23 iyul 2025-ci ildə səhmlər 332.56 dollar səviyyəsində olub.
CNBC yazır ki, 2025-ci ilin ikinci rübündə şirkətin xalis mənfəəti 16% azalaraq 1.17 milyard dollar təşkil edib. 2024-cü ilin ikinci rübündə bu, 1.4 milyard dollar olub.
Ümumi gəlir 2024-cü ilin ikinci rübündəki 25.5 milyard dollardan illik müqayisədə 12% azalaraq 22.5 milyard dollara düşüb. Avtomobil bölməsi 16% azalaraq 16.7 milyard dollar, energetika bölməsi 7% azalaraq 2.8 milyard dollar qazanıb.
İyulun əvvəlində şirkət aprel-iyun aylarında 384 120 elektrik avtomobili tədarük etdiyini açıqlayıb – tədarüklər ardıcıl ikinci rüb 13% azalıb.
İnvestorlarla telefon danışığında “Tesla”nın qurucusu İlon Mask xəbərdarlıq edib ki, şirkəti “çətin bir neçə rüb” gözləyir. Buna səbəb elektriklə işləyən avtomobillərə dövlət dəstəyinin dayandırılmasıdır.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026